Bakı. 13 aprel. REPORT.AZ/ "Respublika üzrə qeydiyyat orqanlarında 2014-cü ildə 85 747 nikah, 12 290 boşanma, keçən il isə 68 985 nikah, 12 886 boşanma qeydə alınıb". "Report" xəbər verir ki, bunu Nərimanov rayonunun Qeydiyyat şöbəsinin rəisi Səadət İsmayılova Milli Məslisdə "Ailə institutunun formalaşmasında adət-ənənələrimiz" mövzusunda keçirilən iclasda deyib.
O bildirib ki, boşananların sayının statistikası rəsmi nikaha girməyin vacibliyini bir daha aşkara çıxarır: "Aydındır ki, dini nikahla ailə quranlar ayrılarkən hüquqi müstəvidə ciddi porblemlərlə üzləşirlər. Xüsusilə də mülkiyyət münasibətlərinin aydınlaşdırılması zamanı ciddi anlaşılmazlıqlar, mübahisələr, məhkəmə çəkişmələri meydana çıxır".
Şöbə rəisi onu da qeyd edib ki, ailə münasibətlərinin rəsmi nikah əsasında qurulması həm də evlilikdən əvvəl gənclər arasında gələcək ailə münasibətlərinin planlaşdırılması, bütün həssas məqamların dəqiqləşdirilməsi baxımından əhəmiyyətlidir. Onun sözlərinə görə, bu baxımdan rəsmi nikaha girməklə yanaşı, nikah müqaviləsinin imzalanmasının əhəmiyyətini də xüsusi qeyd etmək lazımdır.
"Azərbaycanda bəzən belə fikirlər səsləndirilir ki, nikahın rəsmiləşdirilməsi, eləcə də nikah müqaviləsinin imzalanması guya ülvi, saf duyğuların maddiləşdirilməsi, gələcəyin ailəsində inamsızlıq və şübhə simptomlarının baş qaldırması deməkdir. Əslində isə bu məsələyə hüquqi və sosial reallıqlar prizmasından yanaşmaq düzgündür. Ölkədə bəzi hallarda gəlinin mənzilə, evə qeydiyyata düşməməsi yaşayış və mülkiyyət hüququ əldə edə bilməməsi üçün bəzən onun öz həyat yoldaşı ilə rəsmi nikaha girməsinə belə problemlər yaradılır. Nikah müqaviləsi imzalamağı milli mentalitetə sığışdırmayanlar bəzən boşanma zamanı aylarla məhkəmələrdə çəkişirlər" - deyə o, əlavə edib.
S. İsmayılova eyni zamanda, ailə quranlar arasından rəsmi nikahın olmamasının əsas səbəblərdən birinin məhz erkən nikahlar olduğunu xatırladıb.
Qeydiyyat şöbəsinin rəisi nikah müqaviləsi imzalamadan evlənənlərə xəbərdarlıq edib
Sosial müdafiə
13 Aprel , 2016
13:16
https://static.report.az/photo/97278b1e-753a-4ebc-832e-3bea244d59e5.jpg
İngilis versiyası
Head of registration department warns people that getting married without a contract
Rus versiyası
Руководитель отдела регистрации предупреждает лиц, вступающих в брак без брачного контракта