Yuxarı

Azərbaycanın internat müəssisələrində məskunlaşan uşaqların sayı açıqlanıb

Statistika Səhiyyə və Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin məlumatlarına əsasən toplanıb

Bakı. 7 yanvar. REPORT.AZ/ Azərbaycanda fəaliyyət göstərən internat müəssisələrində məskunlaşan yetim və valideyn himayəsindən məhrum olan uşaqların sayı açıqlanıb. 

Dövlət Statistika Komitəsindən "Report"a verilən məlumata görə, keçən ilin əvvəlinə internat müəssisələrində təlim-tərbiyə alan yetim və valideyn himayəsindən məhrum olan 611 uşaq olub.

Onlardan ümumi tipli internat məktəblərində 442 uşaq var. Həmin uşaqların 414-ü valideynini itirən və ya valideyn himayəsindən məhrum olanlardır.

Eyni zamanda, 35 nəfər uşaq evlərində, 95-i sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi internat məktəblərində, 39-u isə əqli сəhətdən geri qalan uşaqlar üçün nəzərdə tutulan internat evlərində məskunlaşıblar.

Statistika Səhiyyə və Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin məlumatlarına əsasən toplanıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi