Komitə sədri: “İllərlə “qadın peşəsi”, “kişi peşəsi” adı altında ixtisasların ayrılması genefonda mənfi təsir edə bilər”

Komitə sədri: “İllərlə “qadın peşəsi”, “kişi peşəsi” adı altında ixtisasların ayrılması genefonda mənfi təsir edə bilər” "Gənclərimiz birmənalı olaraq peşə seçiminin onların cinsindən deyil, bacarıq və biliklərindən asılı olduğunu bilməlidirlər"
Sosial müdafiə
25 Aprel , 2017 13:51
Komitə sədri: “İllərlə “qadın peşəsi”, “kişi peşəsi” adı altında ixtisasların ayrılması genefonda mənfi təsir edə bilər”

Bakı. 25 aprel. REPORT.AZ/ "Gənclərin peşə və ixtisas seçimlərində gender balansının təmin olunması bizi narahat edən məsələlərdəndir". 

"Report" xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirib.

Onun sözlərinə görə, illərlə “qadın peşəsi”, “kişi peşəsi” adı altında ixtisasların ayrılması sonrakı mərhələlərdə vətəndaşlara, xüsusilə qadın və uşaqlara, ümumi halda isə genefonda mənfi təsir edə bilər: "Əvvəl qızların peşə seçimi ilə bağlı müəyyən stereotiplər var idi. Qadın və kişi peşələri ayrılırdı. Məsələn, qızlara müəllim və ya həkim peşələri daha uyğun hesab edilirdi. Ancaq bu gün görürük ki, iqtisadiyyat, idarəetmə, texniki və texnologiya ixtisas qrupları üzrə təhsil alan qızlarımızın sayı ildən-ilə artır. Bu, bizi sevindirir".

Komitə sədri deyib ki, orta ixtisas və ali təhsil müəssisələrində təhsil alan qızlar onlar üçün ənənəvi olmayan peşələrə daha çox maraq göstərirlər: "Lakin gender stereotiplərinin aradan qaldırılması və peşə seqreqasiyasının daha düzgün tənzimlənməsi çox vacibdir. Gənclərimiz birmənalı olaraq peşə seçiminin onların cinsindən deyil, bacarıq və biliklərindən asılı olduğunu bilməlidirlər. Digər tərəfdən isə peşələrin əmək bazarına, onun tələbatına uyğun seçilməsi da mühüm əhəmiyyət kəsb edir. Bu da gələcəkdə gənc qızların işlə təmin olunmasına müsbət təsir göstərəcək".

H.Hüseynova vurğulayıb ki, qadınların sahibkarlıq fəaliyyətini daha da gücləndirmək üçün maliyyə vəsaitlərinin əldə edilməsi, maliyyə-biznes sahəsində bilik və təcrübələrinin az olması, onlar üçün maneələr yaradan bir sıra sosial-psixoloji amillərə xüsusi diqqət ayırmaq lazımdır: "Ona görə də qadınlar peşə hazırlığı kurslarına cəlb olunmasının, onların bazar iqtisadiyyatı və sahibkarlıq fəaliyyəti haqqında bilik və təcrübə qazanmaları üçün maarifləndirici tədbirlər keçirilməsinin böyük əhəmiyyəti var". 

Son xəbərlər

Orphus sistemi