İlham Əliyev: "Bizim böyük iqtisadi potensialımız, güclü sosial siyasətimiz var"

İlham Əliyev: "Bizim böyük iqtisadi potensialımız, güclü sosial siyasətimiz var" "Biz son illər ərzində iqtisadi sahədə o qədər böyük potensial yaratmışıq ki, bu gün bu işləri görə bilirik. Əgər bu potensial olmasaydı, biz bu işləri nəyin hesabına görə bilərdik, kim bizə kömək göstərərdi?"
Sosial müdafiə
21 İyul , 2020 19:24
İlham Əliyev: Bizim böyük iqtisadi potensialımız, güclü sosial siyasətimiz var

"Biz son illər ərzində iqtisadi sahədə o qədər böyük potensial yaratmışıq ki, bu gün bu işləri görə bilirik. Əgər bu potensial olmasaydı, biz bu işləri nəyin hesabına görə bilərdik, kim bizə kömək göstərərdi?"

"Report" xəbər verir ki, Prezident İlham Əliyev bu fikirləri Bakının Xətai rayonunda şəhid ailələrinə, müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimindəki çıxışında bildirib.

Müstəqilliyimizin ilk illərində belə imkanların olmadığını qeyd edən dövlət başçısı məhz bu səbəbdən köçkünlərin çadırlarda yaşadığını, şəhid ailələri üçün evlərin tikilməsinin mümkün olmadığını xatırladıb.

“Bununla paralel olaraq, bizim güclü sosial siyasətimiz var. Çünki iqtisadi güc, ilk növbədə, ona görə lazımdır ki, ölkə daha da qüdrətli olsun, öz maraqlarını təmin etsin və insanlar daha da yaxşı yaşasınlar.

Bu gün mənə təqdim edilən məlumat onu göstərir ki, sosial sahədə çox böyük işlər görülür. Keçən il çox böyük işlər görülübdür və bildiyiniz kimi, şəhid ailələrinin müavinəti 20 faiz artırılıb - 250 manatdan 300 manata çatdırılıb. Köçkünlər üçün müavinətlər 50 faiz artırılıb, bəzi müavinətlər 100 faiz artırılıb. Keçən il insanların sosial problemlərinin həlli üçün bir neçə milyard manat vəsait xərclənib. Bu il pandemiya dövründə təqribən 5 milyona yaxın insan dövlət tərəfindən maddi dəstəklə əhatə olunub. Bütün bunlar üçün bizim resurslarımız, vəsaitimiz gedir. Bizim iqtisadi potensialımız olmasa, bunu necə təmin edə bilərik?”, - Prezident vurğulayıb.

Son xəbərlər

Orphus sistemi