İkinci Dünya müharibəsi iştirakçılarına birdəfəlik maddi yardımlar ödənilib

İkinci Dünya müharibəsi iştirakçılarına birdəfəlik maddi yardımlar ödənilib Prezident İlham Əliyevin 19 aprel 2022-ci il tarixli Sərəncamının icrası olaraq, İkinci Dünya müharibəsində Qələbənin 77-ci ildönümü ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həmin müharibədə iştirak etmiş şəxslərin - 81 nəfərin hər birinə
Sosial müdafiə
252
4 May , 2022 16:37
İkinci Dünya müharibəsi iştirakçılarına birdəfəlik maddi yardımlar ödənilib

Prezident İlham Əliyevin 19 aprel 2022-ci il tarixli Sərəncamının icrası olaraq, İkinci Dünya müharibəsində Qələbənin 77-ci ildönümü ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həmin müharibədə iştirak etmiş şəxslərin - 81 nəfərin hər birinə 1500 manat məbləğində birdəfəlik maddi yardım ödəyib.

Bu barədə "Report"a nazirlikdən məlumat verilib.

Qeyd olunub ki, sərəncamla nazirlik həmçinin İkinci Dünya müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, İkinci Dünya müharibəsi illərində döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə, habelə Leninqrad şəhərinin mühasirəsi iştirakçılarına, ümumən 4233 nəfərin hər birinə də 750 manat məbləğində birdəfəlik maddi yardımın ödənişini həyata keçirib.

Sərəncam çərçivəsində ümumilikdə 4314 nəfər Prezidentin ehtiyat fondundan ayrılmış vəsait hesabına birdəfəlik maddi yardımla təmin edilib.

Son xəbərlər

Orphus sistemi