İcbari şəxsi sığorta ödənişləri DOST xidmətləri siyahısına əlavə edilib

İcbari şəxsi sığorta ödənişləri DOST xidmətləri siyahısına əlavə edilib Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin “DOST” mərkəzlərinin xidmətlərinin siyahısına daha biri əlavə edilib.
Sosial müdafiə
1 Yanvar , 2022 11:10
İcbari şəxsi sığorta ödənişləri DOST xidmətləri siyahısına əlavə edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin “DOST” mərkəzlərinin xidmətlərinin siyahısına daha biri əlavə edilib.

"Report" xəbər verir ki, bu, dövlət icbari şəxsi sığorta ödənişlərinin təyin edilməsi xidmətidir.

Bildirilib ki, dövlət başçısının 18 may 2021-ci il tarixli fərmanına əsasən hərbi qulluqçuların və digər bir sıra kateqoriyalardan olan şəxslərin həyat və sağlamlığının dövlət icbari şəxsi sığortası sahəsində səlahiyyətlər 2022-ci il yanvarın 1-dən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilib. 29 dekabr 2021-ci il tarixli fərmanla isə hərbi qulluqçuların dövlət icbari şəxsi sığorta üzrə fəaliyyətini və həmin sığorta vəsaitlərinin idarə edilməsini Nazirliyin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu həyata keçirəcək. Bununla əlqədar olaraq dövlət icbari şəxsi sığorta ödənişlərinin təyin edilməsi xidməti də “DOST” Mərkəzlərində göstəriləcək.

Qeyd edək ki, DOST xidmətlərinin sayı İlk DOST Mərkəzinin yaradıldığı 2019-cu ilin may ayından bəri 30 faiz artaraq 156-ya çatıb.

Son xəbərlər

Orphus sistemi