DMX rəisi: “İxtisara düşmüş Azərbaycan vətəndaşlarının yerinə əcnəbiləri təyin etmək olmaz”

DMX rəisi: “İxtisara düşmüş Azərbaycan vətəndaşlarının yerinə əcnəbiləri təyin etmək olmaz” “Bu istiqamətdə iş aparılmalı, azərbaycanlı mütəxəssislər hazırlanmalıdır”
Sosial müdafiə
4 May , 2016 15:02
DMX rəisi: “İxtisara düşmüş Azərbaycan vətəndaşlarının yerinə əcnəbiləri təyin etmək olmaz”

Bakı. 4 may. REPORT.AZ/ “Azərbaycanda fəaliyyət gösərən bəzi xarici şirkətlərin 50-60 işçisi olduğu halda, müavin vəzifəsini icra edən 12-14 nəfər olur, bu da bizi narahat edir”.

“Report” xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyev Caspian Europen Club-un təşkilatçılığı ilə baş tutan biznes-forumda deyib.

O bildirib ki, Dövlət Miqrasiya Xidməti şirkətlərdə müdir müavinləri vəzifələrinin 3-4-ə endirilməsini təklif edib: “Bir neçə il bundan əvvəl BP şirkəti və SOCAR arasında imzalanmış müqaviləyə əsasən, azərbaycanlı mütəxəssislər hazırlanır ki, hazırda bu sektorda çalışan əcnəbilərin sayı 10 faizə enib. Bu istiqamətdə iş aparılmalı, azərbaycanlı mütəxəssislər hazırlanmalıdır. Digər tərəfdən, ixtisara düşmüş Azərbaycan vətəndaşlarının yerinə əcnəbilər təyin olunur ki, bu hal da bizi narahat edir, belə hallara yol vermək olmaz. Bizim məqsədimiz odur ki, ilk növbədə Azərbaycan vətəndaşları işlə təmin olunsun. Azərbaycan vətəndaşları Azərbaycan iqtisadiyyatından bəhrələnməlidir”.

Son xəbərlər

Orphus sistemi