​İtkin düşmüş neftçilərin ailələrinə maddi yardımın verilməsinə başlanılıb

​İtkin düşmüş neftçilərin ailələrinə maddi yardımın verilməsinə başlanılıb Onların hər birinin ailəsinə dövlət tərəfindən 15 min manat məbləğində birdəfəlik maddi yardım ödənilməsi qərara alınıb
Sosial müdafiə
24 Dekabr , 2015 18:33
​İtkin düşmüş neftçilərin ailələrinə maddi yardımın verilməsinə başlanılıb

Bakı. 24 dekabr. REPORT.AZ/ Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin müvafiq sərəncamının icrasını təmin etmək məqsədilə dekabrın 4-də təbii fəlakət nəticəsində “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza zamanı həlak olan və itkin düşən SOCAR əməkdaşlarının hər birinin ailəsinə dövlət tərəfindən 15 min manat məbləğində birdəfəlik maddi yardım ödənilməsi qərara alınıb.

"Report" SOCAR-ın mətbuat xidmətinə istinadən xəbər verir ki, dekabrın 24-dən etibarən bu yardımların, eyni zamanda həmin gün "Neft Daşları"ndakı 501 saylı özüldə baş vermiş qəzada itkin düşən üç nəfər neftçinin ailəsinə SOCAR tərəfindən ayrılmış eyni məbləğdə birdəfəlik yardımların verilməsi prosesinə başlanılıb. Maliyyə vəsaiti müvafiq idarələrin hesabına köçürülüb, həlak olan və itkin düşən şəxslərin ailə üzvləri ilə keçirilmiş görüşlər əsasında yardımın kimin adına sənədləşdirilməsi məsələsi aydınlaşdırılıb və müvafiq prosedurlar həyata keçirilməsinə başlanılıb. Müəyyənləşdirilmiş şəxslərin adına bank hesabları açılması və yardımların həmin hesablara köçürülməsi prosedurları 5 gün ərzində başa çatdırılacaq.

Son xəbərlər

Orphus sistemi