İsveç nağılları toplusu məcburi köçkün uşaqları üçün Azərbaycan dilinə tərcümə olunacaq

İsveç nağılları toplusu məcburi köçkün uşaqları üçün Azərbaycan dilinə tərcümə olunacaq “TeliaSonera” Azərbaycanda bir-sıra sosial layihələr həyata keçirəcək
Sosial müdafiə
5 May , 2015 19:00
İsveç nağılları toplusu məcburi köçkün uşaqları üçün Azərbaycan dilinə tərcümə olunacaq

Bakı. 5 may. REPORT.AZ/ Azərbaycanda səfərdə olan İsveçin məşhur “TeliaSonera” şirkətinin nümayəndə heyəti Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində olublar.

"Report"un Komitəyə istinadən verdiyi məlumata görə, Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov “TeliaSonera” şirkətinin nümayəndə heyətinə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verib. Bildirib ki, BMT-nin Ermənistan qoşunlarının işğal etdiyi Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnaməsi 22 ildir icra olunmur. Diqqətə çatdırılıb ki, ölkədə 1 milyondan artıq qaçqın və məcburi köçkün var.

Ölkəsinin son illər əldə etdiyi uğurlar, eləcə də iqtisadiyyatda qazanılan nailiyyətlər barədə də danışan Əli Həsənov Azərbaycanın tolerant ölkə olduğunu, müxtəlif dinləri təmsil edən millətlərin dinc yanaşı yaşadıqlarını vurğulayıb. 

“TeliaSonera” şirkətinin prezidenti və baş direktoru Yohan Dennelind yenidən Bakıda olmasından məmnunluğunu ifadə edib və hər səfərində Azərbaycanın sürətli inkişafının şahidi olduğunu deyib. Bildirib ki, rəhbərlik etdiyi şirkət Azərbaycanda bir-sıra sosial layihələr həyata keçirəcək. Əvvəlcə məcburi köçkün uşaqları üçün İsveç nağılları toplusu Azərbaycan dilinə tərcümə olunacaq.

Son xəbərlər

Orphus sistemi