Yuxarı
    Bağlamaq

    Nazir: "İşsizlərə müavinətlərin verilməsi üçün sığorta fondu öz vəsaiti hesabına fəaliyyət göstərəcək"

    İşsizlikdən sığorta haqqında qanun layihəsi Milli Məclisə təqdim olunub© Report.az

    Bakı. 16 may. REPORT.AZ/ "Azərbaycanda işsizlərə müavinətlərin verilməsi üçün sığorta fondu ayrıca, öz vəsaitlərinə malik sistem halında fəaliyyət göstərəcək". 

    "Report" xəbər verir ki bunu jurnalistlərə açıqlamasında əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib. 

    Onun sözlərinə görə, hazırda Prezident İlham Əliyev tərəfindən "İşsizlikdən sığorta haqqında" qanun layihəsi Milli Məclisə təqdim olunub: "Sənəd Milli Məclisin Əmək və sosial məsələlər komitəsində ilkin müzakirədən keçirilib. Həmin qanun layihəsindəki müvafiq iddiaya görə əmək haqqı fondunun bir faizi işsizlikdən sığorta üçün tutulacaq. Bunun yarısını işəgötürənlər, yarısını isə işçilər ödəyəcəklər. Burdan formalaşacaq vəsaitlər hesabına həm işsizlik müavinəti, həm də özünüməşğulluq proqramları maliyyələşəcək. Həm də digər aktiv məşğulluq tədbirləri maliyyələşəcək".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi