“İslahatçı Gənclər” İctimai Birliyinin 12 yaşı tamam olur

“İslahatçı Gənclər” İctimai Birliyinin 12 yaşı tamam olur İB sədri: "Bütün bu fəaliyyətimiz dövründə tək güvənc və dəstək ünvanımız güclü Azərbaycan dövləti olub"
Sosial müdafiə
30 Avqust , 2017 19:49
“İslahatçı Gənclər” İctimai Birliyinin 12 yaşı tamam olur

Bakı. 30 avqust. REPORT.AZ/ “İslahatçı Gənclər” İctimai Birliyinin (İGİB) 12 yaşı tamam olur.

"Report"un məlumatına görə, 2005-ci ildə yaradılan təşkilat ilk əvvəl “Gənc Liderlər” Uşaq Təşkilatı kimi fəaliyyətə başlayıb. 

2011-ci ildən isə “İslahatçı Gənclər” İctimai Birliyi (İGİB) adı altında dövlət qeydiyyatına alınan təşkilat  bu gün də fəaliyyətini uğurla davam etdirir.

 Birliyin ad günü ilə bağlı fikirlərini bölüşən İB sədri Fərid Şahbazlı söyləyib ki, məktəbli ikən çox böyük ümidlərlə yaratdıqları bu təşkilat hazırda ölkəmizin ən fəal və strukturlaşmış gənclər birliklərindən biridir:

“Biz bu illər ərzində 800-ə yaxın müxtəlif istiqamətli layihə və tədbirlər həyata keçirib, dövlətimizin böyük uğurla reallaşdırdığı gənclər siyasətinə kiçik də olsa, töhfəmizi verməyə çalışmışıq. Təşkilatımızın sıralarında ölkəmizin yüzlərlə intellektual və dövlətçiliyə bağlı gənci birləşib. 12 il ərzində dünyanın 6 ölkəsində, ölkəmizin 30 rayonunda müxtəlif tədbirlər təşkil edib, çoxsaylı konfranslarda iştirak etmişik. Azərbaycan həqiqətlərinin dünyada təbliği, milli dövlətçilik maraqlarımızın qorunması istiqamətində yalnız yerli deyil, beynəlxalq səviyyədə də fəaliyyət göstərməyə, nəticə əldə etməyə çalışmışıq. Türkiyə, Ukrayna, Rusiya və Gürcüstanda təşkil etdiyimiz beynəlxalq səviyyəli tədbirlərimizə bu ölkələrin tanınmış ictimai-siyasi xadimləri qatılıb, nüfuzlu media quruluşları diqqət göstərib. Bütün bu fəaliyyətimiz dövründə isə tək güvənc və dəstək ünvanımız güclü Azərbaycan dövləti olub”

F.Şahbazlının sözlərinə görə, onlar bütün fəaliyyətləri boyu daim dövlətçilik mövqeyindən çıxış edib və ölkə Prezidenti İlham Əliyevin siyasi xəttini müdafiə ediblər: “Ən müxtəlif formalarda, ən radikal platformalarda Azərbaycan gəncliyini özünün təxribatçı əməllərinə alət etməyə çalışan yerli və xarici dairələrə qarşı mövqeyimizi sərt şəkildə ortaya qoymuşuq. Buna görə radikal qruplar dəfələrlə üzərimizə gəlsələr də, ən sərt formada tənqid və hətta təhqir etsələr də, bu, bizi yolumuzdan çəkindirməyib və bu, həmişə belə davam edəcək.

Biz dövlətimizin inkişafını yalnız Ulu Öndər Heydər Əliyevin ideyalarında və Cənab Prezident, Azərbaycan gəncliyinin ən böyük dostu və himayədarı İlham Əliyevin reallaşdırdığı alternativi olmayan siyasi kursda görürük. Liderimizə və məqsədimizə daima sadiq qalacağıq!”.

Son xəbərlər

Orphus sistemi