Azərbaycanda ​“İş yerinə dair arayış” e-xidmətindən istifadə sayı 10 minə yaxın olub

Azərbaycanda ​“İş yerinə dair arayış” e-xidmətindən istifadə sayı 10 minə yaxın olub ƏƏSMN-in yalnız üç e-xidməti üzrə istifadə sayı ölkə üzrə e-xidmətlərdən ümumi istifadə sayının 38,5 faizini təşkil edib
Sosial müdafiə
11 Fevral , 2015 10:03
Azərbaycanda ​“İş yerinə dair arayış” e-xidmətindən istifadə sayı 10 minə yaxın olub

Bakı. 11 fevral. REPORT.AZ/ Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) “Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi” elektron xidməti son bir ayda “Elektron hökumət” portalı üzərindən ən çox istifadə olunan elektron xidmətlər siyahısında 130 321 ədəd istifadə sayı ilə ilk yeri tutmaqda davam edib.

Bu barədə “Report”a nazirlikdən bildirilib.

Habelə, cari ilin yanvar ayında ƏƏSMN-in “Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi” e-xidmətindən istifadə sayı 65 285 ədəd, “İş yerinə dair arayış” e-xidmətindən istifadə sayı isə 9 979 ədəd olub. Qeyd olunan dövrdə ƏƏSMN-in yalnız bu üç e-xidməti üzrə istifadə sayı 205 585 ədəd olmaqla, ölkə üzrə “Elektron hökumət” portalı üzərindən 43 qurum tərəfindən göstərilən 292 elektron xidmətə dair ümumi istifadə sayının (532 785 ədəd) 38,5 faizini təşkil edib.

Xatırladaq ki, “Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi” e-xidməti ƏƏSMN tərəfindən ötən il əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sisteminin tətbiqi ilə bağlı olaraq, əmək münasibətlərinin elektron müstəvidə qeydiyyata alınmaqla şəffaflaşdırılmasına xidmət edir. Bu sistemin tətbiqi eyni zamanda “Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi” və “İş yerinə dair arayış” e-xidmətlərinin də əhalinin istifadəsinə verilməsinə imkan yaradıb.

Son xəbərlər

Orphus sistemi