İnsan Alveri Qurbanlarına Yardım Mərkəzi ötən il 93 nəfərə müxtəlif növ yardımların göstərilməsini təmin edib

İnsan Alveri Qurbanlarına Yardım Mərkəzi ötən il 93 nəfərə müxtəlif növ yardımların göstərilməsini təmin edib Hazırda hər iki qrupdan olan insanların bir qismi ilə işlər davam etdirilir
Sosial müdafiə
5 Yanvar , 2017 16:02
İnsan Alveri Qurbanlarına Yardım Mərkəzi ötən il 93 nəfərə müxtəlif növ yardımların göstərilməsini təmin edib

Bakı. 5 yanvar. REPORT.AZ/ Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İnsan Alveri Qurbanlarına Yardım Mərkəzi keçən il 93 nəfərə müxtəlif növ yardımların göstərilməsini təmin edib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən “Report”a verilən məlumata görə, həmin şəxslərdən 63 nəfəri Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi tərəfindən Mərkəzə yönləndirilmiş insan alveri qurbanları, qalan 30 nəfəri isə potensial insan alveri qurbanları (insan alveri təhlükəsi ilə üzləşmək riski olan şəxslər) olub.

Onların bir çoxuna mövcud vəziyyətləri və ehtiyacları nəzərə alınmaqla və ehtiyaclarına uyğun olaraq eyni vaxtda bir neçə növdə yardımlar göstərilib, sosial reabilitasiya olunmaları üçün aidiyyəti tədbirlər görülüb. Ümumilikdə 41 nəfərə hüquqi, 46 nəfərə psixoloji, 22 nəfərə tibbi yardım göstərilməsi təmin olunub. 15 nəfərin yeni peşələrə yiyələnərək əmək bazarına çıxış imkanları əldə etmələri, 33 nəfərin münasib iş yerləri ilə təmin olunmaları üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti ilə birgə müvafiq işlər aparılıb. 

Görülən tədbirlər nəticəsində insan alveri qurbanlarının əksəriyyətinin sosial reabilitasiyasına nail olunmaqla, müvafiq şəxslərin insan alverinin qurbanına çevrilmək riski aradan qaldırılıb. Hazırda hər iki qrupdan olan insanların bir qismi ilə işlər davam etdirilir.

Son xəbərlər

Orphus sistemi