İndiyədək Naxçıvanda 1 014 POS-terminal quraşdırılıb

İndiyədək Naxçıvanda 1 014 POS-terminal quraşdırılıb Muxtar respublikada olan bank hesablarının 90 faizdən çoxu aktivdir
Sosial müdafiə
19 Noyabr , 2015 12:25
İndiyədək Naxçıvanda 1 014 POS-terminal quraşdırılıb

Bakı. 19 noyabr. REPORT.AZ/ Bu il noyabrın 1-dək olan məlumata görə, Naxçıvan Muxtar Respublikasının (MR) banklarında açılmış bank hesablarının sayı 46 609-a çatıb.

"Report" xəbər verir ki, məlumatı MR-in Dövlət Statistika Komitəsi açıqlayıb.

Məlumatda göstərilib ki, 46 609 bank hesabının 42 069-u və ya 90,3 faizi aktiv hesablardır.

2015-ci ilin yanvar-oktyabr aylarında açılan 8 380 bank hesabının 8 326-sı və ya 99,4 faizi aktiv hesablar olub.

Cari ilin yanvar-oktyabr aylarında muxtar respublikada 147 POS-terminal quraşdırılıb və bu göstərici 1 noyabr 2015-ci il tarixə 1014-ə çatdırılıb.

Son xəbərlər

Orphus sistemi