İnam Kərimov: "ASAN-ın xidmətlərindən vətəndaşların məmnunluq səviyyəsi 98%-dir"

İnam Kərimov: "ASAN-ın xidmətlərindən vətəndaşların məmnunluq səviyyəsi 98%-dir" "Lisenziyalar və İcazələr" portalı korrupsiyaya və bürokratik əngəllərə qarşı mübarizədə mühüm addımdır"
Sosial müdafiə
20 Dekabr , 2017 12:06
İnam Kərimov: ASAN-ın xidmətlərindən vətəndaşların məmnunluq səviyyəsi 98%-dir
Report

Bakı. 20 dekabr. REPORT.AZ/ "Artıq 19 milyonuncu müraciəti qəbul etməyə yaxınlaşırıq. ASAN mərkəzlərin xidmətlərindən vətəndaşların məmnunluq səviyyəsi 98%-dir".

"Report" xəbər verir ki, bunu "Lisenziyalar və İcazələr" portalının təqdimat mərasimində çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov deyib.

Bundan başqa, onun sözlərinə görə, son iki il ərzində Bakı və regionlarda yerləşən ASAN xidmət mərkəzləri vasitəsi ilə 4700-dən artıq lisenziya verilib.

Son xəbərlər

Orphus sistemi