İnam Kərimov: “40 dövlət orqanı üzrə 450-dən çox elektron xidmətlər qiymətləndirilib”

İnam Kərimov: “40 dövlət orqanı üzrə 450-dən çox elektron xidmətlər qiymətləndirilib” Hazırda respublikada 10 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir
Sosial müdafiə
19 Avqust , 2016 10:21
İnam Kərimov: “40 dövlət orqanı üzrə 450-dən çox elektron xidmətlər qiymətləndirilib”

Bakı. 19 avqust. REPORT.AZ/ “ASAN xidmət” bu günə kimi 11 milyondan çox vətəndaşın müraciəti üzrə xidmət göstərib.

“Report” xəbər verir ki, bunu Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov bildirib.

O xatırladıb ki, “ASAN xidmət”in yaradılmasında məqsəd dövlət idarəçiliyində innovasiyaların tətbiqi, şəffaflığın artırılması, dövlət xidmətlərinin təkmilləşdirilməsi və elektron xidmətlərə keçidin sürətləndirilməsidir: “Hazırda respublikada 10 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. Həmin mərkəzlərdə 250 dən çox dövlət və özəl xidmətləri göstərilir”.

Onun sözlərinə görə, “ASAN xidmət” indeksinə uyğun olaraq, dövlət orqanları tərəfindən göstərilən xidmətlər artıq hər il sistemli şəkildə qiymətləndirəcək: “Xidmətlərin vahid məkandan göstərilməsi, xidmət proseslərinin sadələşdirilməsi, optimallaşdırılması, vahid standartların formalaşdırılması üçün geniş imkanlar yaradılıb”.

Sədr bildirib ki, dövlət agentliyi elektron xidmətlərin təşkili ilə yanaşı elektron xidmətlərin qiymətləndirilməsini həyata keçirir: “Artıq 40 dövlət orqanı üzrə 450-dən çox elektron xidmətlər qiymətləndirilib”.

Son xəbərlər

Orphus sistemi