Ombudsman: "İkinci inqilabi sosial paketin Milli İnsan Hüquqları Günündə imzalanması xüsusilə əlamətdardır"

Ombudsman: "İkinci inqilabi sosial paketin Milli İnsan Hüquqları Günündə imzalanması xüsusilə əlamətdardır" Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova ölkədə əməkhaqlarının artırılması barədə açıqlama verib.
Sosial müdafiə
21 İyun , 2019 12:46
Ombudsman: İkinci inqilabi sosial paketin Milli İnsan Hüquqları Günündə imzalanması xüsusilə əlamətdardır
Report.az

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova ölkədə əməkhaqlarının artırılması barədə açıqlama verib.

“Repor”un məlumatına görə, Bakıda keçirilən Qadın Sahibkarlığının inkişafı üzrə Beynəlxalq Forumda çıxış edən Ombudsman deyib ki, əməkhaqqının artırılması mühüm hadisədir: “Dövlət başçısının xalqın rifahına yönəlmiş siyasəti nəticəsində əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində ikinci inqilabi sosial paketin məhz 18 iyun - Milli İnsan Hüquqları Günündə imzalanması xüsusi ilə əlamətdardır. Əməkhaqqının, o cümlədən minimum həddinin, pensiyaların, müavinətlərin, təqaüdlərin məbləği bu ilin əvvəlindən orta hesabla iki dəfə artırılıb. Ümumiyyətlə, işsizlik və yoxsulluq səviyyəsi 5 faiz civarındadır . Dünya Bankı tərəfindən hazırlanan “Doing Business-2019” hesabatında Azərbaycan bir il ərzində 190 ölkə arasında 32 pillə irəliləyərək, 57-ci pillədən 25-ci yerə yüksəlib”.

E.Süleymanova vurğulayıb ki, qadınların məşğulluğa cəlb olunması ailə-məişət zorakılıqlarının azalmasına səbəb olur: “Qadınların sahibkarlıq fəaliyyəti ilə məşğul olması məşğulluq qadının iqtisadi asılılığını, iqtisadi istismarını aradan qaldırmaqla onun nüfuzunun artırılmasına və bununla da ailələrdə sabitliyin təmin olunmasına, boşanmaların azalmasına, nəticə etibarı ilə uşaqların da hüquqlarının təmin olunmasına öz müsbət təsirini göstərir”.

Son xəbərlər

Orphus sistemi