İctimai şuraya üzvlərin seçilməsi təxirə düşdü

İctimai şuraya üzvlərin seçilməsi təxirə düşdü Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın yeni tərkibinin müəyyən edilməsi məqsədi ilə şuraya üzvlərin seçilməsi üçün aprelin 17-də keçirilməsi nəzərdə tutulan birgə yığıncağın vaxtı qeyri-müəyyən müddətə təxirə salınıb.
Sosial müdafiə
8 Aprel , 2020 11:41
İctimai şuraya üzvlərin seçilməsi təxirə düşdü
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi / Report

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın yeni tərkibinin müəyyən edilməsi məqsədi ilə şuraya üzvlərin seçilməsi üçün aprelin 17-də keçirilməsi nəzərdə tutulan birgə yığıncağın vaxtı qeyri-müəyyən müddətə təxirə salınıb.

Nazirlikdən "Report"a verilən məlumata görə, buna səbəb Koronavirus (COVID-19) pandemiyasının yayılmasının qarşısının alınması ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın tələblərindən biri də kütləvi tədbirlərin təxirə salınmasıdır.

Qeyd olunub ki, birgə yığıncağın tarixi və digər məsələlərlə bağlı əlavə məlumat veriləcək.

Son xəbərlər

Orphus sistemi