İcra başçısı: "Yasamalda 16 abad məhəllə salınır"

İcra başçısı: "Yasamalda 16 abad məhəllə salınır" Bakı. 29 may. REPORT.AZ/ Yasamal rayonunda 16 abad məhəllə salınır.
Sosial müdafiə
29 May , 2018 11:36
İcra başçısı: Yasamalda 16 abad məhəllə salınır
0 : 00
0 : 00

Bakı. 29 may. REPORT.AZ/ "Yasamal rayonunda 16 abad məhəllə salınır".

"Report" xəbər verir ki, bunu Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov deyib.

O qeyd edib ki, ölkənin bütün şəhər və rayonlarında genişmiqyaslı tikinti-quruculuq və abadlıq işləri aparılır, səliqə-sahman yaradılır: "Görülən işlər isə sadəcə olaraq kampaniya xarakteri daşımır, şəhər, qəsəbə və kəndlərimizin simasının daha da yaxşılaşdırılmasına, baxımlı olmasına xidmət edir".

Ə.Əzizov qeyd edib ki, Yasamal rayonunda hazırda 16 abad məhəllənin salınması işləri həyata keçirilir: "Bəzi məhəllələrdə asfalt örtüyü yenilənib, sakinlərin istirahəti üçün söhbətgah, həmçinin uşaqlar üçün kiçik elementlər quraşdırılıb. Bu cür abadlıq işləri bundan sonra da davam etdiriləcək".

Son xəbərlər

Orphus sistemi