İcra başçısı sakinlərlə növbəti səyyar qəbul-görüşünü keçirib - FOTO

İcra başçısı sakinlərlə növbəti səyyar qəbul-görüşünü keçirib - FOTO Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov növbəti səyyar qəbul-görüşünü rayonun ən böyük yaşayış məntəqələrindən olan Boladı kəndində keçirib.
Sosial müdafiə
102
17 Oktyabr , 2019 15:30
İcra başçısı sakinlərlə növbəti səyyar qəbul-görüşünü keçirib - FOTO

Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov növbəti səyyar qəbul-görüşünü rayonun ən böyük yaşayış məntəqələrindən olan Boladı kəndində keçirib.

"Report"un Cənub Mərkəzinin məlumatına görə, icra hakimiyyətinin rəsmi şəxslərinin, hüquq-mühafizə orqanlarının, təhsil, səhiyyə, mədəniyyət idarələrinin və xidmət sahələrinin rəhbər işçilərinin iştirak etdiyi qəbul-görüşdə müraciət edən vətəndaşlar həssaslıqla dinlənilərək qaldırdıqları məsələlərə aidiyyəti məsul şəxslərin iştirakı ilə aydınlıq gətirilib.

Qaldırılan məsələlər, əsasən, yerindəcə həllini tapmış, vaxt tələb edən məsələlər isə nəzarətə götürülərək həlli istiqamətində müvafiq tədbirlərin görülməsi qərarə alınıb. Səyyar qəbuldan razılıq edən sakinlər əvvəlki müraciətləri zamanı onları narahat etmiş problemlərin həlli ilə bağlı görülmüş işlərə görə ölkə rəhbərliyinin ünvanına minnətdarlıq ifadə ediblər. Çıxışlarda, ümumilikdə, ölkədə sosial-iqtisadi inkişafla bağlı aparılan siyasət tamamilə dəstəklənib, uğurla həyata keçirilən islahatlar, maaş və müavinətlərin artırılması, yeni iş yerlərinin açılması, tibbi sığortanın tətbiqinin qərara alınması əhalinin rifah-halının yaxşılaşmasına yönələn təbdirlər kimi dəyərləndirilib. Çıxışlarda bütün ölkə ərazisində olduğu kimi Lənkəran rayonunda da sisial-iqtisadi inkişafın getdikcə sürtətlənməsindən, yeni yol layihələrinin icrasından, genişmiqyaslı tikinti-abadlıq və mədəni quruculuq işlərindən, sakinlərin qaz və elektrik enerjisi ilə fasiləsiz təchizatından məmnunluq ifadə olunub. Qeyd olunub ki, rayonda sahibkarlığın inkişafına verilən dəstək və biznes mühitinin yaxşılaşmasına yaradılan şərait hesabına Boladı kəndində də sosial-iqtisadi inkişaf sahəsində uğurlu nəticələr əldə olunub. Kənd təsərrüfatı məhsulları istehsalçılarına göstərilən dövlət qayğısı hesabına fərdi təsərrüfatlarda 70 hektarda buğda, 40 hektarda kartof, 340 hektarda tərəvəz bitkiləri əkilib, 388 kq barama istehsal olunub. Əhalinin məşğulluğunun təmin edilməsi məqsədilə iş üçün müraciət etmiş 16 nəfər kənd sakini haqqı ödənilən ictimai işlərə cəlb olunub. İcra başçısı qəbul-görüşü yekunlaşdıraraq vətəndaşların müraciətlərinə baxılmasına diqqətin daha da artırılması ilə bağlı məsul şəxslərə müvafiq tövsiyə və tapşırıqlarını verib.

Son xəbərlər

Orphus sistemi