HUMAN Foundation və Womenquake Azərbaycanda ilk birgə tədbirini həyata keçirib

HUMAN Foundation və Womenquake Azərbaycanda ilk birgə tədbirini həyata keçirib Bakı. 31 may. REPORT.AZ/ HUMAN Foundation və Womenquake təşkilatlarının birgə təşkilatçılığı ilə Bakıda Dünyanı dəyişə biləcək fikirlər: qadın və kişi konsepsiyası adlı konfrans keçirilib.
Sosial müdafiə
31 May , 2018 11:26
HUMAN Foundation və Womenquake Azərbaycanda ilk birgə tədbirini həyata keçirib

Bakı. 31 may. REPORT.AZ/ HUMAN Foundation və Womenquake təşkilatlarının birgə təşkilatçılığı ilə Bakıda "Dünyanı dəyişə biləcək fikirlər: qadın və kişi konsepsiyası" adlı konfrans keçirilib.

“Report” xəbər verir ki, tədbirdə elm, texnologiya və nevrobiologiya sahəsində müasir inkişaflar vasitəsi ilə "cinsi reallıqların" yenidən qurulması, bəşəriyyətə yalnız kişilər rəhbərlik etməlidirlər yoxsa bu prosesdə qadınlar da iştirak etməlidir kimi mövzular müzakirə olunub.  

Konfransda eyni zamanda müxtəlif mədəniyyətlərdə qadınların siyasətlə maraqlanmayan və qərarlar qəbul edə bilməyən, habelə şəffaf və ya səliqəsiz olduğu kimi yanlış düşüncələr ətrafında fikir mübadiləsi aparılıb, belə yanaşmaların qəbul edilməz olduğu vurğulanıb. Bildirilib ki, insanların belə düşüncə tərzi və fikirləri səhv nəticələrə gətirib çıxarır. 

Bakı Dövlət Universitetinin gender üzrə müəllimi və "Qadınların Rasional İnkişaf Assosiyasiyası"nın gender bərabərliyi üzrə mütəxəssisi Zümrüd Cəlilova çıxış edib, bu vəziyyətin səbəblərini izah edib, sualları cavablandırıb.

Vurğulanıb ki, 2018-ci ilin yekununadək bir neçə birgə layihələrin həyata keçirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, Womenquake Belçikada fəaliyyət göstərən iki qeyri-hökumət təşkilatı olan MC Akademiyası və Womenpreneur təşkilatları tərəfindən yaradılıb. Bu təşkilat insan davranışlarını müəyyən edən, qadın və kişi ayrıseçkiliyinin səbəblərini analiz edən və hazırki yanaşmaların gərçək səbəblərini kəşf və araşdırmaya istiqamətlənən platformadır.

HUMAN Foundation daha ədalətli bir cəmiyyət üçün bilik və bacarıqların mübadiləsi məqsədilə yaradılan, irqindən və mənşəyindən asılı olmayaraq bütün insanları birləşdirən sosial platformadır.

Son xəbərlər

Orphus sistemi