Bakı. 7 mart. REPORT.AZ/ Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova başda olmaqla, komitənin kollektivi 8 mart - Beynəlxalq Qadınlar Günü ilə əlaqədar Fəxri xiyabanı ziyarət edib. "Report" xəbər verir ki, komitənin kollektivi ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri düzülüb.


