​Hicran Hüseynova Masallı rayonunda vətəndaşları qəbul edib

​Hicran Hüseynova Masallı rayonunda vətəndaşları qəbul edib Dövlət Komitəsinin sədri həmçinin rayonun bir qrup fəal qadını ilə də görüşüb
Sosial müdafiə
4 Sentyabr , 2015 19:13
​Hicran Hüseynova Masallı rayonunda vətəndaşları qəbul edib

Bakı. 4 sentyabr. REPORT.AZ/ Bu gün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Masallı rayonu, Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib. Qəbulda Masallı, Cəlilabad, Lənkəran, Astara, Lerik, Biləsuvar, Yardımlı və Cəbrayıl rayonlarının sakinləri iştirak ediblər. Bu barədə "Report"a Dövlət Komitəsindən məlumat verilib.

Qəbulda adları çəkilən rayonlardan olan ərizəçilər öz problemləri ilə bağlı müraciət edib. Vətəndaşları qəbul edən Komitə sədri onların problemlərini dinləyərək, bir çoxunun elə yerindəcə həll edilməsinə nail olub. Bu müraciətlər arasında qadın hüquqlarının müdafiəsi, işlə təminat, sağlamlıq, qadın sahibkarla dəstək, zorakılığa məruz qalan qadın və uşaqlar üçün sığınacaqların verilməsi və digər məsələlər yer tutur. Eyni zamanda, Komitənin fəaliyyətinə aid olmayan digər məsələlərlə bağlı müraciətlərə də baxılıb, onların araşdırılması üçün aidiyyəti üzrə göndərilməsi təmin olunub.

Qəbuldan sonra Dövlət Komitəsinin sədri Hicran Hüseynova Masallı rayonunun bir qrup fəal qadını ilə görüşüb.

Son xəbərlər

Orphus sistemi