​Hicran Hüseynova: "Bu il Azərbaycanda 8 erkən nikahın qarşısı alınıb"

​Hicran Hüseynova: "Bu il Azərbaycanda 8 erkən nikahın qarşısı alınıb" "Bu cür hallar baş verərsə, dərhal əməkdaşlarımız toyu olan uşaqların valideynləri ilə söhbətlər aparır"
Sosial müdafiə
21 Noyabr , 2014 10:46
​Hicran Hüseynova: Bu il Azərbaycanda 8 erkən nikahın qarşısı alınıb

Bakı. 21 noyabr. REPORT.AZ/ Ötən il Azərbaycanda 15, bu il isə 8 erkən nikahın qarşısı alınıb.

"Report"un məlumatına görə, bunu Milli Məclisdə (MM) "Uşaq Hüquqları Konvensiyasının 25 illiyi: reallıqlar və perspektivlər" mövzusunda keçirilən konfransda Ailə, Qadın və Uşaq Problemlərinin həlli Üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirib.

O qeyd edib ki, regionlarda Komitənin 11 mərkəzi fəaliyyət göstərir: "Bu cür hallar baş verərsə, dərhal əməkdaşlarımız toyu olan uşaqların valideynləri ilə söhbətlər aparır, erken nikahın cinayət olduğunu və bu məsuliyyəti ən çox da valideynlərin daşıdığını deyir, həmçinin hüquq-mühafizə orqanları mərkəzinin əməkdaşları tərəfindən məlumatlandırılır".

H.Hüseynova qeyd edib ki, bu hallara ən çox ucqar kəndlərdə rast gəlinir.

"Biz istəyirik ki, erkən nikaha məcbur edilən qız uşaqları üçün ən azı şərait yaradılsın ki, onlar orta məktəbi oxuyub başa çatdırsınlar. Sonra onların ailə qurması mümkün ola bilər. İnsanlarla söhbət edərkən də onlara bu yöndə mənfi təsirlər olduğunu görürəm", - Komitə sədri deyib.

Son xəbərlər

Orphus sistemi