Bakı. 28 fevral. REPORT.AZ/ Martın 3-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Bərdə rayonunda vətəndaşların qəbulunu keçirəcək.
Komitənin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, qəbul saat 14:00-da Yeni Azərbaycan Partiyasının binasında olacaq.
Qəbulda Ağcabədi, Laçın, Xocavənd, Tərtər, Füzuli, Ağdam, Beyləqan, Bərdə rayonlarının sakinləri qadın və uşaq hüquqlarının müdafiəsi, məşğulluq, sağlamlıq və digər məsələlərlə bağlı iştirak edəcəklər.
Qəbulda vətəndaşların ərizə, təklif və tövsiyələrinə baxılması nəzərdə tutulur.
Qəbuldan sonra rayonun fəal qadınları ilə görüşün keçirilməsi planlaşdırılır. Görüş çərçivəsində Bərdə rayonunda qadın və uşaq hüquqlarının müdafiəsi, qadın sahibkarlığının inkişafı və digər mövzular üzrə müzakirələr ediləcək.