Hicran Hüseynova: "Azərbaycanda sahibkar qadınların sayı 143 mindən çoxdur"

Hicran Hüseynova: "Azərbaycanda sahibkar qadınların sayı 143 mindən çoxdur" Bakı. 30 may. REPORT.AZ/ Bu gün ölkəmiz Azərbaycan Xalq Cümhuriyyətinin layiqli varisi kimi demokratik dövlət quruculuğunu inkişaf etdirir. Bütün bunların fonunda qadın hüquqlarının qorunması məsələsi öz aktuallığını saxlayır.
Sosial müdafiə
30 May , 2018 10:54
Hicran Hüseynova: Azərbaycanda sahibkar qadınların sayı 143 mindən çoxdur
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova / Report/ Elchin Murad
0 : 00
0 : 00

Bakı. 30 may. REPORT.AZ/ "Bu gün ölkəmiz Azərbaycan Xalq Cümhuriyyətinin layiqli varisi kimi demokratik dövlət quruculuğunu inkişaf etdirir. Bütün bunların fonunda qadın hüquqlarının qorunması məsələsi öz aktuallığını saxlayır".

"Report" xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Qadınların V Forumunda çıxışı zamanı deyib.

O bildirib ki, qadın hüquqlarının qorunması dövlətin qadın siyasətindən irəli gəlir: "Azərbaycanda bərabər hüquqlardan bərabər imkanlara siyasəti gerçəkləşdirilir".

Sədrin sözlərinə görə, ötən dövrdə Azərbaycan qadınları maarifpərvər sələflərinin ənənələrini şərəflə və ehtiramla davam etdirib: "Son illərdə qadınların sahib olduğu müəssisələrin sayının artdığı müşahidə olunur, hazırda sahibkar qadınların sayı 143 mindən çoxdur".

Son xəbərlər

Orphus sistemi