Yuxarı

Hicran Hüseynova: "Azərbaycanda insan hüquqlarının qorunması üçün güclü komanda yaranıb"

Hicran Hüseynova: "Azərbaycanda insan hüquqlarının qorunması üçün güclü komanda yaranıb"
© Report/ Elchin Murad — Ailə, Qadın­ və Uşaq Problemləri ­üzrə Dövlət Komitəsin­in sədri Hicran Hüseynova

Bakı. 20 iyun. REPORT.AZ/ "İnsan hüquqları hər bir dövlət qurumunun işində ən vacib məsələlərdən biridir".

“Report” xəbər verir­ ki, bunu Ailə, Qadın­ və Uşaq Problemləri ­üzrə Dövlət Komitəsin­in sədri Hicran Hüseynova “Hüquq bərabərliyinin təmin olunmasında və təşviqində milli insan hüquqları təsisatlarının rolu” mövzusunda ­Ombudsmanların­ XV B­akı Beynəlxalq ­Konfr­ansında deyib.

Onun sözlərinə görə, Azərbaycanda qısa müddətdə insan hüquqlarının qorunması üçün güclü komanda yaranıb: "Gender bərabərliyi bu gün ən vacib məsələlərdən biridir. Ölkənin vətəndaşlarının yarıdan çoxunu qadınlar təşkil edirsə, onların hüquqlarının müdafiəsinin gücləndirilməsi əsas məsələlərdən biri olmalıdır".

H.Hüseynova bildirib ki, Azərbaycanda qadınların fəaliyyətinin hiss olunmadığı sahə yoxdur: "Bu onu göstərir ki, qadınların fəaliyyəti ildən-ilə artır. Hələ Azərbaycan qadınlarının fəaliyyət göstərəcəyi və inkişaf edəcəyi çox yer var".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi