Yuxarı

Hicran Hüseynova: "Azərbaycanda çox güclü qadın siyasəti həyata keçirilir"

Hicran Hüseynova: "Azərbaycanda çox güclü qadın siyasəti həyata keçirilir"
© Report — Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova

Bakı. 21 dekabr. REPORT.AZ/ "Azərbaycanda bu gün qəbul olunmuş hər bir sənəd mütləq gender ekspertizasından keçirilir".

"Report" xəbər verir ki, bunu "Azərbaycanda İnsan Kapitalı üzrə Forum"da Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib. 

O bildirib ki, hazırda bütün yerli icra hakimiyyətlərinin başçılarının müavinlərindən biri qadındır: "Hər bir dövlət qurumunda gender üzrə məsul şəxslər mövcuddur".

H.Hüseynovanın sözlərinə görə, Azərbaycanda çox güclü qadın siyasəti həyata keçirilir: "Qanunlar kişi və qadınların dövlətin idarə olunmasında, bərabər təmsilçiliyə, ayrıseçkiliyin bütün formalarının aradan qaldırılmasına təminat verir".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi