Hicran Hüseynova: "Azərbaycanda aktual məsələlərdən biri gender stereotiplərinin aradan qaldırılmasıdır"

Hicran Hüseynova: "Azərbaycanda aktual məsələlərdən biri gender stereotiplərinin aradan qaldırılmasıdır" Bakı. 30 may. REPORT.AZ/ Hazırda Azərbaycanda aktual məsələlərdən biri gender stereotiplərinin aradan qaldırılması və peşə seqreqasiyasının düzgün tənzimlənməsidir.
Sosial müdafiə
30 May , 2018 11:33
Hicran Hüseynova: Azərbaycanda aktual məsələlərdən biri gender stereotiplərinin aradan qaldırılmasıdır
Ailə, Qadın­ və Uşaq Problemləri ­üzrə Dövlət Komitəsin­in sədri Hicran Hüsey­nova / Report/ Elchin Murad
0 : 00
0 : 00

Bakı. 30 may. REPORT.AZ/ "Hazırda Azərbaycanda aktual məsələlərdən biri gender stereotiplərinin aradan qaldırılması və peşə seqreqasiyasının düzgün tənzimlənməsidir".

"Report" xəbər verir­ ki, bunu Ailə, Qadın­ və Uşaq Problemləri ­üzrə Dövlət Komitəsin­in sədri Hicran Hüsey­nova Qadınların V For­umunda çıxışı zamanı ­deyib.

O bildirib ki, əvvəllər qızların peşə seçimi ilə bağlı müəyyən stereotiplər var idi: "Ancaq indi bu məsələdə ciddi irəliləyişlər hiss olunur. Bir çox fərqli sahələrdə qadınlarımızın sayı ilbəil artır. Bu gün Azərbaycan qadını - ənənələri, intellekti və sosial aktivliyi özündə cəmləşdirir. Onlar yalnız xalqımızın mənəvi, mədəni ənənələrin qoruyucusu deyil, həm də bütün peşə və sahələrdə mühüm rol oynamaqla müstəqil respublikanın inkişafında fəal iştirak edirlər".

Son xəbərlər

Orphus sistemi