Heydər Əliyev Mərkəzində "Əmək sərgisi" təşkil olunacaq

Heydər Əliyev Mərkəzində "Əmək sərgisi" təşkil olunacaq Tələbələr "Əmək yarmarkası"nda iştirak ediblər
Sosial müdafiə
18 Mart , 2015 16:35
Heydər Əliyev Mərkəzində Əmək sərgisi təşkil olunacaq

Bakı. 18 mart. REPORT.AZ/ Bakı Slavyan Universitetində "Əmək yarmarkası" təşkil edilib. "Report" xəbər verir ki, tədbirdə BSU tələbələri ilə yanaşı, Azərbaycan Dillər Universitetinin tələbələri də iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Amerikanın Azərbaycandakı Ticarət Palatasının direktor müavini Zaur Kərimov yarmarkanın məqsədi barədə iştirakçılara məlumat verib. Onun sözlərinə görə, "Əmək yarmarkası" tələbələrlə, xüsusən universiteti bitirərək əmək fəaliyyətinə başlamaq ərəfəsində olan məzunlarla işə götürənlər arasında əlaqələrin yaradılmasına xidmət edir.

İnsan resusrları üzrə mütəxəssis Nərgiz İbadzadə çıxışında tələbələrə yarmarkanın gələcək fəaliyyətindən söz açaraq deyib ki, mayın 23-ü Heydər Əliyev Mərkəzində "Əmək sərgisi" təşkil olunacaq.

Tədbir çərçivəsində respublikanın rəsmi təşkilatları - nazirliklər və komitələr, o cümlədən ölkədə fəaliyyət göstərən yerli və xarici şirkətlər, vakant iş yerləri barədə informasiya verilib, gənclərin çoxsaylı sualları cavablandırılıb. Gənclər yarmarkada münasib iş yerləri ilə tanış olmaq haqda ətraflı məlumat almaq imkanı qazanıblar.

Qeyd edək ki, tədbir Təhsil Nazirliyi, Amerikanın Azərbaycandakı Ticarət Palatası və British American Tobacco şirkətinin birgə təşəbbüsü ilə baş tutub. 

Son xəbərlər

Orphus sistemi