"Report"un məlumatına görə, Azərbaycanın sevimli milli nağıl qəhrəmanı "Cırtdan" şən musiqi sədaları altında Xızı, Quba, Siyəzən, Şabran, Yevlax, Astara, Lerik, Ağcabədi, Şəki, Qax, Lənkəran, Masallı, Zaqatala, Balakən, Ucar, Zərdan rayonlarının balaca sakinlərinə bayram sovqatları paylayıb.
Eyni zamanda şən animatorlar uşaqları öz məzəli oyunları ilə sevindiriblər.
Qeyd edək ki, Leyla Əliyevanın bu təşəbbüsü hətta Azərbaycanın ən ucqar rayonlarındakı uşaqlara belə yeni il ərəfəsində böyük xoşbəxtlik və bayram əhval-ruhiyyəsi bəxş edib.