Yuxarı
    Bağlamaq

    ​Heydər Əliyev Fondu 5 aylıq körpənin müalicəsini öz üzərinə götürüb - FOTO

    Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva 5 aylıq Azər Əlizadənin müayinə və müalicəsini nəzarətə götürüb

    Bakı. 29 avqust. REPORT.AZ/ Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva 5 aylıq Azər Əlizadənin müayinə və müalicəsini nəzarətə götürüb.

    Bu barədə Report-a Fonddan məlumat verilib.

    M. Əliyevanın tapşırığına əsasən, Heydər Əliyev Fondunun nümayəndələri A.Əlizadənin atası Ruslan Əlizadə ilə görüşərək uşağın səhhəti, bu vaxtadək aparılmış müayinələrin nəticəsi ilə maraqlanıblar. Görüşdə bildirilib ki, A.Əlizadənin müalicəsi ilə bağlı bütün məsələləri Heydər Əliyev Fondu öz üzərinə götürür.

    Qeyd edək ki, avqustun 27-də A.Əlizadənin atası R.Əlizadə Heydər Əliyev Fondundan Azərbaycanın özəl klinikalarının birində sağ gözündən ciddi zədə almış körpənin müalicəsi üçün yardım istəyib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi