Yuxarı
    Bağlamaq

    ​Hesabat: Dünya əhalisi sürətlə qocalır

    Yaxın 15 ilə 34 ölkədə əhalinin əksəriyyəti yaşlı olacaq

    Bakı. 22 avqust. REPORT.AZ/ Dünyanın 34 ölkəsində 2030-cu ildə əhalinin əksəriyyəti yaşlı olacaq. “Report” xəbər verir ki, bununla bağlı “Moody's” agentliyinin investisiya xidməti araşdırma aparıb.

    Təxmini hesablamalara görə, qocalma 5 ildən bir daha asan hiss olunacaq. Agentlik keçid yaşı həddini 65, qocalığın keçid faizini isə 20% götürüb.

    Aparılan hesablamaların nəticələrinə görə, 2030-cu ildə 34 ölkənin əhalisinin 20%-dən çox hissəsi 65 yaşdan qoca olacaq. Agentlik həmin ölkələri “super yaşlı” adlandırır ki, bu sıraya Amerika qitəsindən 20,1%-lə ABŞ, 22,7%-lə Kanada və 23,5%-lə Kuba daxildir. Afrikadan bu listə daxil olan ölkə olmasa da, Avropa və Asiya qitələri digər 31 ölkəyə sahiblik edir. Proqnozlarda göstərildiyi kimi, 2030-cu ildə Asiyada Yaponiya əhalisinin 30,7%-i, Cənubi Koreyada 23,4%-i, Sinqapurda 20,5%-i və Yeni Zelandiya sakinlərinin 20,1%-i 65 yaşdan yuxarı olacaq.

    Avropada isə 25,4%-lə Portuqaliya, 24,1%-lə İspaniya, 23,2%-lə Fransa, 21,7%-lə Böyük Britaniya, 23,5%-lə Belçika, 24,6%-lə Niderland, 28,2%-lə Almaniya, 21,9%-lə İsveçrə, 26,8%-lə İtaliya, 22,1%-lə Danimarka, 22%-lə İsveç, 24%-lə Avstriya, 21,2%-lə Çexiya, 24,8%-lə Sloveniya, 24,6%-lə Xorvatiya, 21,7%-lə Bosniya və Herseqovina, 20,5%-lə Serbiya, 25,2%-lə Malta, 22,9%-lə Bolqarıstan, 24,8%-lə Yunanıstan və 21,1%-lə Gürcüstan "qocalan" dövlətlər siyahısındadır.

    “Moody's”in açıqlamasına görə, “super yaşlı” dövlətlərin sayı 2020-ci ildə 13, 2025-ci ildə isə 21 olacaq.

    Azərbaycan bu siyahıda gənclərin sayı çox olduğu ölkələr siyahısındadır. Belə ki, hesablamalara əsasən, Azərbaycanda 2015-ci ildə əhalinin 5,6%-i, 2020-ci ildə 6,7%-i, 2025-ci ildə 9%- i, 2030-cu ildə isə 11,9%-i 65 yaşdan yuxarı olacaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi