Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müxtəlif sahələr üzrə yaratdığı elektron sistemlərin bir məqsədi də budur ki, nəticədə hər bir vətəndaşın fərdi sosial proqramı yaradılacaq.
"Report"un xəbərinə görə, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri
Nazir qeyd edib ki, Prezident
S.Babayev bu günədək artıq portalın aktiv istifadəçi sayının 150 minə çatdığını, portala baxış sayının isə 1 milyon 500 mini ötdüyünü deyib. Bildirib ki, ölkəmizdə ilk proaktiv xidmət kimi 2019-cu ilin əvəlindən pensiyaların avtomatlaşdırılmış qaydada təyinatı mexanizminə keçilib, 15-ə yaxın sosial müavinət və təqaüd növü üzrə də e-təyinat sistemləri hazırlanaraq istifadəyə verilib, habelə 15-dək e-arayış xidməti işə salınıb. Gələn il də bir sıra yeni e-təyinat sistemləri və e-arayış xidmətləri istifadəyə veriləcək.
Nazir qeyd edib ki, DOST Mərkəzlərindəki 132 xidmətin 91-nin elektronlaşdırılması nəzərdə tutulur. Bu işlər yekunlaşandan sonra artıq e-sistemlər hər bir vətəndaş üçün fərdi sosial proqram formalaşdıracaq. Orada vətəndaşın məşğulluq, sosial təminat və s. imkanları müəyyən edilərək onlara təkliflər göndəriləcək.