Həmkarlar İttifaqı Qarabağ Dirçəliş Fonduna daha 50 min manat köçürüb

Həmkarlar İttifaqı Qarabağ Dirçəliş Fonduna daha 50 min manat köçürüb Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) Qarabağ Dirçəliş Fonduna daha 50 min manat vəsait köçürüb.
Sosial müdafiə
11 Mart , 2022 10:42
Həmkarlar İttifaqı Qarabağ Dirçəliş Fonduna daha 50 min manat köçürüb

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) Qarabağ Dirçəliş Fonduna daha 50 min manat vəsait köçürüb.

Bu barədə "Report"a AHİK-dən məlumat verilib.

Şərqi Zəngəzurda və Qarabağda aparılan abadlıq-quruculuq işlərinə dəstəyin davamı olaraq AHİK-in İcraiyyə Komitəsinin növbəti qərarı ilə daha 50 000 manat vəsait Fondun hesabına köçürülüb.

Qeyd edək ki, AHİK İcraiyyə Komitəsinin 28 yanvar və 11 mart 2021-ci il tarixli qərarları ilə Fondun hesabına ümumilikdə 600 000 manat köçürülüb.

Son xəbərlər

Orphus sistemi