“Hands Art” sosial biznesinin təşkilatçılığı ilə İnkluziv voleybol (əlilliyi olan şəxslərlə, əlilliyi olmayan şəxslərin, birlikdə oynadığı oturaq voleybol) və piknik görüşü keçirilib.
“Repot” xəbər verir ki, oyun və görüş
“Hands Art” iştirakçıları sərinləşdirici içkilər və atışdırmalıq qidalar ilə təmin edib.
Görüşün keçirilməsində əsas məqsəd əlilliyi olanlarla əlilliyi olmayan şəxslərin cəmiyyətdə birgəliyi və bərabərliyni təbliğ etməkdir.
Məlumat üçün bildirək ki, “Hands Art” əlilliyi olan şəxslərin müstəqil həyat yaşamaqlarını dəstəkləyən sosial biznesdir. Bu səbəbdən əlilliyi olan şəxslərin müstəqil yaşamaqlarına və fərdi inkişafına töhvə verə biləcək təşəbbüsləri həyata keçirir. İnkluziv voleybol təşəbüsü də, bunlardan biridir.












