Hadi Rəcəbli: "BMT-nin qətnamələrinin icra edilməməsi Azərbaycanda insanların əlil olmasına səbəb olur"

Hadi Rəcəbli: "BMT-nin qətnamələrinin icra edilməməsi Azərbaycanda insanların əlil olmasına səbəb olur" Bakı. 1 dekabr. REPORT.AZ/ Azərbaycanda yeni əlillərin yaranmasının bir səbəbi də BMT-nin qəbul etdiyi qətnamələrin icra olunmamasıdır.
Sosial müdafiə
1 Dekabr , 2017 10:46
Hadi Rəcəbli: BMT-nin qətnamələrinin icra edilməməsi Azərbaycanda insanların əlil olmasına səbəb olur
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli / Report/ Orkhan Azim

Bakı. 1 dekabr. REPORT.AZ/ "Azərbaycanda yeni əlillərin yaranmasının bir səbəbi də BMT-nin qəbul etdiyi qətnamələrin icra olunmamasıdır".

"Report" xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli BMT-nin "Əl­illiyi olan şəxslərin hüquqlarına dair Konvensiyanın icrası ilə bağlı Azərbaycan­ın öhdəlikləri: nail­iyyətlər, problemlər və perspektivlər" mövzusunda konfransda deyib.

O bildirib ki, qətnamələrin icra olunmamasının nəticəsində aprel döyüşlərində insanlar əlill olublar: "Füzuli rayonunun Alxanlı kəndində Zəhra balamızın şəhid olması bir daha onu göstərir ki, BMT və beynəlxalq təşkilatlar Dağlıq Qarabağ münaqişəsinin həllinə daha ciddi diqqət göstərməlidir. Əlilliyin qarşısının alınması sahəsində bu addımların böyük əhəmiyyəti var".

Son xəbərlər

Orphus sistemi