Yuxarı

Azərbaycan Ombudsmanı güzəştli ipoteka kreditlərində ilkin məbləğin ləğv edilməsini təklif edib

İpoteka kreditləri üzrə güzəştlərdən istifadə etmək hüququna malik olan şəxslərin siyahısı genişləndirilməlidir

Bakı. 27 fevral. REPORT.AZ/ Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) güzəştli ipoteka kreditinin maksimal məbləğinin mənzil bazarının real tələbinə uyğun artırılmasını təklif edir. "Report"un xəbərinə görə, Ombudsmanın 2014-cü il üçün illik hesabatında vurğulanıb ki, gənc ailələr tərəfindən ödənilməli olan ilkin məbləğ minimuma endirilməli və ya ləğv edilməli, kreditin ödənilməsi müddəti uzadılmalı, faiz dərəcəsi aşağı salınmalı, ipoteka kreditləri üzrə güzəştlərdən istifadə etmək hüququna malik olan şəxslərin siyahısı genişləndirilməlidir.

Ombudsmanın fikrincə, qeyd olunanların təmin olunması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 23 yanvar tarixli, 515 saylı fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respubliksaında güzəştli kreditlərin verilməsi Qaydalarına" əlavə və dəyişikliklər edilməlidir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi