Yuxarı

Gürcüstan şəhərlərində işsizlik 17,5% olub

​Gürcüstan şəhərlərində işsizlik 17,5% təşkil edir

Bu ilin II rübündə Gürcüstanda işsizlik 11,4% təşkil edib.

“Report”un yerli bürosu xəbər verir ki,bu barədə Gürcüstanın Milli Statistika İdarəsi məlumat yayıb.

İllik müqayisədə qonşu ölkədə işsizlik göstəricisi 0,7% azalıb.

Şəhər yerlərində işsizlik 17,5%, kənd yerlərində isə 5,1%-ə barəbər olub. İllik müqayisədə şəhərlərdə işsizlik səviyyəsi 0,6%, kənd yerlərində isə 0,8% azalıb.

Hesabat dövründə qonşu ölkədə qadınlar arasında işsizlik səviyyəsi 10%, kişilər arasında isə 12,6% olub. Qadınlar arasında bu göstəricidə illik müqayisədə 0,4%, kişilər arasında isə 1,1% azalıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi