Göygöl və Gədəbəydə Qarabağ müharibəsi əlilləri və şəhid ailələri fərdi yaşayış evləri ilə təmin edilib

Göygöl və Gədəbəydə Qarabağ müharibəsi əlilləri və şəhid ailələri fərdi yaşayış evləri ilə təmin edilib Nazir müavini: "Hazırda bölgələrdə fərdi yaşayış evlərinin və çoxmənzilli yaşayış binalarının tikintisi davam etdirilir"
Sosial müdafiə
2 Dekabr , 2015 13:50
Göygöl və Gədəbəydə Qarabağ müharibəsi əlilləri və şəhid ailələri fərdi yaşayış evləri ilə təmin edilib

Bakı. 2 dekabr. REPORT.AZ/ Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Göygöl rayonunda 1 ədəd, Gədəbəy rayonunda 2 ədəd fərdi yaşayış evi Qarabağ müharibəsi əlillərinin və şəhid ailələrinin istifadəsinə verib. Bu barədə "Report"a nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Yeni evlərin təqdim olunması zamanı əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov bildirib ki, bu ilin ötən dövründə Bakıda və respublikanın ayrı-ayrı rayon və şəhərlərində artıq 180-ə yaxın mənzil müharibə əlillərinin və şəhid ailələrinə istifadəsinə verilib: "İstifadəyə verilən mənzillərdə ailələrin normal yaşayışı üçün hər bir şərait yaradılıb. Hazırda bu təbəqələrdən olan vətəndaşlar üçün bölgələrdə fərdi yaşayış evlərinin və çoxmənzilli yaşayış binalarının tikintisi, həmçinin hazır yaşayış binalarından tender yolu ilə mənzillərin alınaraq təmir etdirilməsi işləri davam etdirilir".

Yeni fərdi yaşayış evlərinin sahibləri olan müharibə əlilləri və şəhid ailələri ürək sözlərini bildirərək, müharibə əlilləri və şəhid ailələrinin maddi təminatların gücləndirilməsi, həyat şəraitlərinin yaxşılaşdırılması məqsədilə aparılan işlərdən razılıqlarını bildirib.

Son xəbərlər

Orphus sistemi