Goranboyda narkomaniyaya qarşı maarifləndirmə tədbiri keçirilib

Goranboyda narkomaniyaya qarşı maarifləndirmə tədbiri keçirilib Goranboy. 21 fevral. REPORT.AZ/ Goranboy rayon Polis şöbəsinin (RPŞ) təşkilatçılığı ilə rayonun Rəhimli kənd orta məktəbində “Narkomanlığın cəmiyyətə və insanların sağlamlığına zərərli təsirləri”, “Erkən nikah və onun fəsadları” mövzusunda görüş keçirilib.
Sosial müdafiə
21 Fevral , 2019 20:22
Goranboyda narkomaniyaya qarşı maarifləndirmə tədbiri keçirilib

Goranboy. 21 fevral. REPORT.AZ/ Goranboy rayon Polis şöbəsinin (RPŞ) təşkilatçılığı ilə rayonun Rəhimli kənd orta məktəbində “Narkomanlığın cəmiyyətə və insanların sağlamlığına zərərli təsirləri”, “Erkən nikah və onun fəsadları” mövzusunda görüş keçirilib.

Bu barədə "Report"un Qərb bürosuna Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupundan məlumat verilib.

Goranboy RPŞ-nin rəisi, polis polkovniki Ramin Qədirov narkomaniyanın, narkotiklərin qanunsuz dövriyyəsinin yaratdığı problemlərdən, onların insanların sağlamlığı və genefondumuz üçün doğurduğu fəsadlardan bəhs edib. O deyib ki, yeniyetmə və gənclərin zərərli vərdişlərə meyl göstərmələrinin qarşısını almaq üçün valideyn və müəllimlər onların asudə vaxtlarının səmərəli təşkilinə ciddi diqqət yetirməli, uşaqların elmə, idmana və təhsilə yönləndirilməsi istiqamətində davamlı iş aparmalıdırlar.

Rəis qeyd edib ki, erkən nikahlar ailə zorakılığının ən ağır formalarından biridir: "Azərbaycan qadın və uşaq hüquqları ilə bağlı əksər konvensiyalara qoşulub və qanunvericilik beynəlxalq standartlara uyğunlaşdırılıb. Deməli, erkən nikah bu konvensiyaların tələblərinə ziddir. Belə ki, erkən nikah həm azyaşlı ananın, həm də uşağın insan hüquqlarını kobud şəkildə pozur".

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Son xəbərlər

Orphus sistemi