“Gender problemləri və Media” mövzusunda keçirilən seminarın iştirakçılarına sertifikatlar təqdim olunub

“Gender problemləri və Media” mövzusunda keçirilən seminarın iştirakçılarına sertifikatlar təqdim olunub Tədbir başa çatıb
Sosial müdafiə
3 May , 2017 16:21
“Gender problemləri və Media” mövzusunda keçirilən seminarın iştirakçılarına sertifikatlar təqdim olunub
Report.az

Bakı. 3 may. REPORT.AZ/ Bakıda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Avropa İttifaqının (Aİ) TAİEX proqramının birgə əməkdaşlığı çərçivəsində “Gender problemləri və Media” mövzusunda keçirilən seminarın ikinci günündə “Məişət və gender əsaslı zorakılıq hallarında mətbuatda balanslı və gender stereotiplərdən uzaq təsvirinin yaradılmasının təbliği” məsələsi müzakirə olunub. 

“Report”un məlumatına görə, sessiyada Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov “Məişət və gender əsaslı zorakılıq hallarının mətbuat tərəfindən işıqlandırılması: milli və dünya təcrübəsinin müqayisəsi”, Daxili İşlər Nazirliyinin əməkdaşı Əkbər Əkbərov “Qadınlara qarşı törədilmiş cinayətlər və onların mətbuatda işıqlandırılması”, əməkdar jurnalist Flora Xəlilzadə “Məişət zorakılığı və mətbuat”, Ombudsman Aprataının Elmi-Analitika sektorunun baş məsləhətçisi Lamiyə Zeynalova “Gender bərabərliyinin təbliğində Ombudsman Aparatı ilə medianının əməkdaşlığı”, eləcə də əcnəbi ekspertlərin öz ölkələrində məsələ ilə bağlı mövcud vəziyyədən bəhs edən məruzələri dinlənilib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva seminarın sonunda bildirib ki, cəmiyyətdə gender məsələləri ilə bağlı problemlərin çözülməsi istiqamətində birgə fəaliyyətin aparılmasına ehtiyac var.

O deyib ki, dünyada bu problemlərlə məşğul olan media nümayəndələri gender media birlikləri yaradıblar: “Azərbaycanda jurnalistlərin belə bir birlik yaratmaq təşəbbüsü olarsa, biz onları dəstəkləməyə hazırıq”.

Seminarın sonunda iştirakçılara sertifikatlar təqdim olunub.

Son xəbərlər

Orphus sistemi