"Gender bərabərliyi üzrə Milli Fəaliyyət Planının layihəsinin təxirə salınmadan qəbul olunması öhdəliyimizin əks olunduğu sənəd yenidən işlənib. Sənəd aidiyyəti qurumlarla razılaşdırılıb və Nazirlər Kabinetinə təqdim edilib".
"Report"un xəbərinə görə, bu fikirləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova “BMT-nin Uşaq Hüquqları Komitəsinin və Qadınlara Qarşı Ayrı-seçkiliyin Ləğv edilməsi üzrə Komitəsinin Azərbaycan Respublikasının sonuncu dövri hesabatları ilə bağlı tövsiyələrinin yerinə yetirilməsində vətəndaş cəmiyyəti institutlarının rolu” mövzusunda keçirilən konfransda deyib.
"Ümid edirik ki, sözügedən sənəd öhdəlik üçün qoyulan vaxtda qəbul olunacaq", - o bildirib.