“Gənclərin Problemləri üzrə Elmi Araşdırmalar Mərkəzinin fəaliyyəti” kitabının müzakirəsi olub

“Gənclərin Problemləri üzrə Elmi Araşdırmalar Mərkəzinin fəaliyyəti” kitabının müzakirəsi olub Kitab əsasən gənclər arasında aparılan sosioloji araşdırmaların nəticələri əsasında tərtib edilib
Sosial müdafiə
31 Yanvar , 2017 13:22
“Gənclərin Problemləri üzrə Elmi Araşdırmalar Mərkəzinin fəaliyyəti” kitabının müzakirəsi olub

Bakı. 31 yanvar. REPORT.AZ/ Gənclər və İdman Nazirliyinin nəzdində fəaliyyət göstərən Gənclərin Problemləri üzrə Elmi Araşdırmalar Mərkəzi nəşr etdirdiyi “Gənclərin Problemləri üzrə Elmi Araşdırmalar Mərkəzinin fəaliyyəti (2001-2016-cı illər)” adlı kitabın müzakirəsini keçirib.

“Report”un məlumatına görə, tədbirdə millət vəkilləri, dövlət orqanlarının məsul şəxsləri, qeyri-hökumət təşkilatları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Mərkəzin direktoru Qədəmşah Sadıxov bildirib ki, gənc nəslin sağlam köklər üzərində yetişdirilməsi hər bir ölkə üçün ən başlıca məsələdir: “Gənclər cəmiyyətin ən dinamik qüvvəsi olmaqla ölkədə baş verən bütün ictimai-siyasi, sosial-iqtisadi və mədəni tərəqqinin önündə gedirlər. Mərkəz yarandığı gündən dövlət gənclər siyasəti sahəsində ardıcıl olaraq fəaliyyətini davam etdirir, gənclərin hərtərəfli formalaşmasında, dövlətçiliyin inkişaf etdirilməsi prosesində yaxından iştirak edir".

Onun sözlərinə görə, “Gənclərin Problemləri üzrə Elmi Araşdırmalar Mərkəzinin fəaliyyəti (2001-2016-cı illər)” adlı kitab 2 Fevral - Gənclər Günü ərəfəsində təqdim olunacaq: "Kitab əsasən gənclər arasında aparılan sosioloji araşdırmaların nəticələri əsasında tərtib edilib. Burada müxtəlif sahələr üzrə gənclər və əhalinin bu kateqoriyası ilə yaxından işləyən dövlət institutları, ictimai təsisatlar üçün maraqlı və zəruri məlumat, fikir və mülahizələr yer alıb".  

Son xəbərlər

Orphus sistemi