Yuxarı

Gənclər və idman naziri ​Göyçayda vətəndaşları qəbul edib

Bir sıra müraciətlər yerindəcə həllini tapıb

Bakı. 27 aprel. REPORT.AZ/ Gənclər və idman naziri Azad Rəhimov Göyçay şəhəri Heydər Əliyev Mərkəzində Ağdaş, Ağsu, Bərdə, Göyçay, Kürdəmir, Mingəçevir, Tərtər, Ucar, Yevlax, Zərdab rayon və şəhər sakinlərini qəbul edib.

Bu barədə "Report"a Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, 40-a yaxın vətəndaşın iştirak etdiyi qəbulda müraciətlər gənclər, idman, tikinti sahələri, sahibkarlarlığın inkişafı ilə bağlı kreditlərin verilməsi və iş ilə təminatla bağlı olub.

Qeyri-hökumət gənclər təşkilatlarının yaradılması, layihələrin maliyyələşdirilməsi, gənclərin beynəlxalq layihələrdə iştirakı, yay istirahət düşərgələrinin təşkili, Gənclər Mərkəzlərinin müvafiq avadanlıqlarla təmin edilməsi və fəaliyyəti gənclər sahəsini əhatə edən müraciətlər olub.

İdman sahəsində edilən müraciətlər sırasına isə fəxri adların verilməsi, idman mərkəzlərinin idman avadanlıqları ilə təmin olunması, Olimpiya İdman Komplesklərinin, idman qurğularının tikintisi və təmiri, Uşaq Gənclər və İdman Mərkəzlərinin (UGİM) və bölmələrin yaradılması, idmançıların beynəlxalq yarışlarda iştirakı olub.

Bir sıra müraciətlər yerindəcə həllini tapıb. Araşdırılması tələb edilən məsələlər isə aidiyyatı qurumlara göndərilməsi üçün nəzarətə götürülüb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi