Gənclər və idman nazir Qubada vətəndaşları qəbul edib

Gənclər və idman nazir Qubada vətəndaşları qəbul edib Qəbulda 30-a yaxın vətəndaş iştirak edib
Sosial müdafiə
26 Avqust , 2016 14:50
Gənclər və idman nazir Qubada vətəndaşları qəbul edib

Bakı. 26 avqust. REPORT.AZ/ Gənclər və idman naziri Azad Rəhimov Quba rayon Heydər Əliyev Mərkəzində Quba, Qusar, Siyəzən, Şabran və Xaçmaz rayon sakinlərini qəbul edib.

Bu barədə "Report"a Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədova məlumat verib.

Onun sözlərinə görə, qəbulda 30-a yaxın vətəndaş iştirak edib. Vətəndaşların müraciətləri gənclər, idman, tikinti sahələri, sahibkarlarlığın inkişafı ilə bağlı kreditlərinin verilməsi və işlə təminat sahələrini əhatə edib.

Gənclər sahəsində edilən müraciətlər qeyri-hökumət gənclər təşkilatlarının yaradılması, layihələrin maliyyələşdirilməsi, gənclərin beynəlxalq layihələrdə iştirakı, yay istirahət düşərgələrinin təşkili, Gənclər Mərkəzlərinin müvafiq avadanlıqlarla təmin edilməsi və fəaliyyəti barədə olub.

Müraciətlərin bir qismi fəxri adların verilməsi, idman mərkəzlərinin idman avadanlıqları ilə təmin olunması, Olimpiya İdman Komplesklərinin, idman qurğularının tikintisi və təmiri, Uşaq Gənclər və İdman Mərkəzlərinin (UGİM) və bölmələrin yaradılması, idmançıların beynəlxalq yarışlarda iştirakı sahələrini əhatə edib.

Bir sıra müraciətlər yerindəcə həllini tapıb. Araşdırılması tələb edilən məsələlər isə aidiyyatı qurumlara göndərilməsi üçün nəzarətə götürülüb.

Son xəbərlər

Orphus sistemi