Gənclər və İdman Nazirliyində daimi dövlət qulluqçuları and içib

Gənclər və İdman Nazirliyində daimi dövlət qulluqçuları and içib Andiçmə mərasimindən sonra nazir Azad Rəhimov əməkdaşları təbrik edib
Sosial müdafiə
7 Aprel , 2016 14:34
Gənclər və İdman Nazirliyində daimi dövlət qulluqçuları and içib

Bakı. 7 aprel. REPORT.AZ/ Gənclər və İdman Nazirliyində qurumun strukturuna daxil olan vakant inzibati vəzifələrə Prezident Yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyasının elan etdiyi müsabiqə və müsahibədən müvəffəqiyyətlə keçərək daimi dövlət qulluğuna qəbul edilən 16 nəfərin and içmə mərasimi keçirilib.

Bu barədə "Report"a nazirliyin mətbuat katibliyindən bildirilib. 

Müsabiqədə müvəffəqiyyət qazanan namizədlər rayon (şəhər) gənclər və idman idarələrinə 1 il stajçı kimi qulluğa qəbul edilən, daha sonra 6 ay sınaq müddətini uğurla başa vuraraq ölkə qanunvericiliyinə uyğun şəkildə and içib, daimi dövlət qulluğuna qəbul ediliblər.

Daimi dövlət qulluğuna qəbul edilən əməkdaşlara eyni zamanda daimi dövlət qulluqçusu kimi dövlət qulluğunun müvafiq ixtisas dərəcələri verilib.

Andiçmə mərasimindən sonra gənclər və idman naziri Azad Rəhimov əməkdaşları təbrik edib. 

Nazir deyib ki, insanlar müxtəlif peşələrdə çalışa bilər: "Lakin ən şərəfli iş dövlətə, vətənə ləyaqətlə qulluq etməkdir. Bu gün sizin iş həyatınızda yeni, tarixi səhifə açıldı. Mən sizi təbrik edib, işlərinizdə uğurlar arzu edirəm".

Son xəbərlər

Orphus sistemi