Yuxarı
    Bağlamaq

    Gənclər və İdman Nazirliyi yay düşərgələri təşkil edəcək

    Düşərgədə 7-15 yaş arası 100 nəfər sosial müdafiəyə ehtiyacı olan uşaq və yeniyetmənin iştirakı nəzərdə tutulub

    Bakı. 13 iyun. REPORT.AZ/ Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə iyunun 20-dən iyulun 4-nə kimi Şüvəlan qəsəbəsində yerləşən Respublika Uşaq İstirahət və Sağlamlıq Mərkəzində (UİSM) növbəti yay düşərgələri keçiriləcək.

    Nazirliyin mətbuat katibliyindən “Report”a verilən xəbərə görə, düşərgədə 7-15 yaş arası 100 nəfər sosial müdafiəyə ehtiyacı olan uşaq və yeniyetmənin iştirakı nəzərdə tutulub.

    Qeyd edək ki, Gənclər və İdman Nazirliyi mütəmadi olaraq qurumun nəzdində olan Bakı şəhəri Şüvəlan qəsəbəsindəki yerləşən Respublika Uşaq İstirahət və Sağlamlıq Mərkəzində (UİSM) sosial müdafiəyə ehtiyacı olan uşaq və yeniyetmələrin sağlamlığının qorunması üçün fəsillər üzrə müxtəlif yönümlü düşərgələr təşkil edir. Düşərgələr sosial müdafiəyə ehtiyacı olanlara dövlət qayğısının daha da artırılması və onların asudə vaxtının səmərəli təşkil edilməsi məqsədilə təşkil olunur.

    Xatırladaq ki, Respublika UİSM-də 2014-cü ildə ümumilikdə 530 nəfər, 2015-ci ildə isə 420 nəfər sosial müdafiəyə ehtiyacı olan uşaq və yeniyetmələr üçün düşərgələr təşkil edilib. Bundan başqa, nazirlik ölkənin səfalı guşələrində - Lənkəran şəhəri və Quba, Xaçmaz, Göygol və Qax rayonlarında 2014-cü il iyun-iyul aylarında “Azərbaycan – doğma diyarımdır” adlı vətənpərvərlik yay istirahət düşərgələri təşkil edib. İndiyə qədər 1490 nəfər yeniyetmə və gənc müxtəlif rayonlarda bu düşərgələrdə iştirak edib.

    Eyni zamanda, bu ilin martında 120 nəfər hemofiliyalı uşaq, yeniyetmə və onların ailə üzvləri üçün Respublika UİSM-də istirahət, müalicəvi idman və təlim kursları təşkil edilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi