Gənclər üçün Təhsil Mərkəzinin Şəmkir nümayəndəliyi yaradılıb

Gənclər üçün Təhsil Mərkəzinin Şəmkir nümayəndəliyi yaradılıb Bununla bağlı Şəmkirdə toplantı keçirilib
Sosial müdafiə
13 İyul , 2016 13:29
Gənclər üçün Təhsil Mərkəzinin Şəmkir nümayəndəliyi yaradılıb

Bakı. 13 iyul. REPORT.AZ/ Gənclər üçün Təhsil Mərkəzinin Şəmkirdə nümayəndəliyinin yaradılması ilə bağlı toplantı keçirilib.

"Report"un məlumata görə, Mərkəzin Gəncə Regional Ofisinin rəhbəri Aygün Həsənzadə 2016-cı ildə Azərbaycanın Gənclər Paytaxtı seçilən Şəmkir rayonunda fəaliyyətə başladıqlarını bildirib. Onun sözlərinə görə, Şəmkir rayonunda bir sıra maraqlı layihələrin həyata keçirilməsi, gənclərin müxtəlif sahələrdə maarifləndirilməsi istiqamətində ardıcıl tədbirlərin təşkili planlaşdırılır. Bu baxımdan nümayəndəliyin yaradılması və fəaliyyəti zəruridir.

Şəmkir rayon Gənclər və İdman İdarəsinin rəisi Emin İsmayılov, Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul işçisi Zülfiyyə Əhmədova və digərləri gənclərlə iş sahəsində görülən işlər barədə məlumat verib, Mərkəzin rayonda fəaliyyət göstərməsi yüksək qiymətləndirilib.

Daha sonra Şəmkir gəncləri üçün Mərkəz haqqında geniş təqdimat keçirilib, maraq doğuran məsələlər ətrafında müzakirələr aparılıb.

Sonda Şəmkir rayonundan olan fəal gənc Aydın Budaqov Mərkəzin Şəmkir rayonundakı nümayəndəsi seçilib.

Son xəbərlər

Orphus sistemi