Gənclər üçün Təhsil Mərkəzi xeyriyyə tədbiri təşkil edib

Gənclər üçün Təhsil Mərkəzi xeyriyyə tədbiri təşkil edib Aygün Həsənzadə: "Bu cür tədbirlər yalnız 1 iyun ərəfəsində deyil, mütəmadi olaraq keçirilir"
Sosial müdafiə
31 May , 2016 19:44
Gənclər üçün Təhsil Mərkəzi xeyriyyə tədbiri təşkil edib

Bakı. 31 may.REPORT.AZ/ Gənclər üçün Təhsil Mərkəzinin (GTM) Gəncə Regional Ofisi 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə “Onların kimsəsi bizik!” adlı xeyriyyə tədbiri təşkil edib.

GTM-in mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Gəncə Uşaq Evində baş tutan tədbirin əsas məqsədi valideyn himayəsində məhrum olan uşaqlara diqqət və qayğı nümayiş etdirmək, onlarla birgə bayram sevincini paylaşmaq olub.

Ofisin rəhbəri Aygün Həsənzadə çıxış edərək bildirib ki, bu cür tədbirlər yalnız 1 iyun ərəfəsində deyil, mütəmadi olaraq keçirilir. "Onların kimsəsi bizik!” şüarı da təsadüfi seçilməyib. Çünki biz onları özümüzə doğma sayır və hər an yanlarında olduğumuzu hiss etdiririk".

Xeyriyyəçi xanım Ziyafət Bayramova ilə birgə təşkil edilən tədbirdə açılış nitqləri söyləndikdən sonra uşaqların ifasında musiqilər dinlənib, hazırladıqları səhnələr nümayiş etdirilib.

Tədbirdə bayram süfrəsi təşkil olunub və uşaqlara hədiyyələr təqdim olunub.

Son xəbərlər

Orphus sistemi